İtaliya millisinin baş məşqçisi Roberto Mançininin qolundakı məşhur saatınn qiyməti 200 min dollardır.

Offsideplus.az xəbər verir ki, İsveçrənin məşhur "Richard Mille" şirkətinin hazırladığı "zaman xəbərçisi" eksklüziv olaraq Mançini üçün hazırlanıb. RM11-04 adlanan saatı ərsəyə gətirmək üçün şirkətin fransalı sahibi Riçard Mill italyan mütəxəssislə məsləhətləşib və bütün istəklərini nəzərə alıb.

Hazırda dünyanın ən bahalı saatı Kriştiano Ronaldonun hazırlatdığı "Rolex GMT Master İce" şirkətinə məxsusdir və dəyəri 423 min avrodur. Növbəti sırada isə Mançininin saatı yer alıb. 

Saatın bir çox özəlliklərə sahibdir ki, onlardan ən əsası oyun başlayan zaman 45 dəqiqənin ekranda əks olunması və əlavə vaxtların göstərilməsidir. Həmçinin hakim oyunu dayandırdığı zaman saniyəölçən də dayanır. Bu isə matça artırılan dəqiqələr baxımından təcrübəli mütəxəssisin işinə yarayır. Saat suya dözümlüdür, 8 metrə qədər hündürlükdən yerə düşəndə sıradan çıxmır.