Devid Bekhemin ortaq sahib olduğu "İnter Mayami" böyük məbləğdə cərimələnib.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami" ötən il Fransa millisinin sabiq futbolçusu Blez Matyudini transfer edib. Keçidlə bağlı aparılan istintaqdan sonra Bekhemin klubunun maaş büdcəsində qanun pozuntularına yol verdiyi ortaya çıxıb.
Bu səbəbdən MLS "İnter Mayami"yə 2 milyon dollar cəza kəsib.