Libertadores Kuboku çərçivəsində keçirilən "River Pleyt" -"Santa-Fe" qarşılaşmasında maraqlı olay yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl birincilərin 25 futbolçusunun koronavirusa yoluxub. Belədə komandada faktiki qapıçı qalmayıb. Yarışın təşkilatçıları isə klubun gənc komandalarından hansısa qapıçının iştirak ərizəsinə əlavə olunmasına icazə verməyib. Çıxılmaz vəziyyətdə qalan baş məşqçi "çərçivə"ni dayaq yarımmüdafiəçisi Entso Peresə tapşırıb. 

Vaxtilə Avropada "Benfika" ilə "Valensiya"nın formasını geyinmiş, DÇ-2014-ün finalçısı olmuş Peres oyunboyu 5 qurtarışla yadda qalıb. Qapısına vurulan zərbələrdən isə yalnız 1-i qolla nəticələnib. Yekunda "River Pleyt" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.