Gürcüstan çempionatında 14-cü turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin oynadığı "Samtredia" da Tiflis səfərindən xalsız dönüb. Komanda "Lokomotiv"ə 1:3 hesabı ilə uduzub. Qədirzadə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Samtredia" 9 xalla 9-cu pillədədir.