Çexiya çempionatının I Divizionunun 23-cü turunda "Viktoriya" (Jijkov) növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, millimizin futbolçususu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" evdə "Vlaşim" üzərində 3:1 hesablı qələbə qazanıb. 21 yaşlı yarımmüdafiəçimiz 21 və 37-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Nəbiyevin komandası hazırda 36 xalla 4-cü pillədədir.