Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turdan təxirə salınmış görüşlər keçirilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Azərbaycanlı futbolçu da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Viktoriya” hazırda 8-ci pillədə qərarlaşıb.