"Tottenhem"in istefaya göndərdiyi Joze Mourinyoya Avropanın 3 ölkəsindən "elçi" var.
Offsideplus.az "Daily Record"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis ilə ilk əlaqəyə keçən klub Şotlandiya təmsilçisi "Seltik" olub. Con Kennedinin müvəqqəti baş məşqçilik etdiyi "Seltik", Mourinyonu gətirərək yenidən yüksəlmək istəyir. Komanda bu il çempionluğu "Reyncers"ə əldən verib.
Bundan əlavə, portuqaliyalı məşqçi İspaniyadan "Valensiya" və İtaliyadan "Roma" klublarının hədəfindədir.
Hər üç klub gələn mövsüm başlamadan öncə Joze Mourinyonu komandanın sükanı arxasına gətirmək istəyir.