Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” bu turda doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Vüqar Bəybalayev da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. 27 yaşlı oyunçu 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.