FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının matçına təyinat alıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hakim ölkə çempionatının 28-ci turu çərçivəsində aprelin 4-də keçiriləcək "Panatinaikos" - PAOK görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcəklər.