Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa qarşı baş tutacaq oyundan əvvəl mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Lüksmburq millisinin Azərbaycan yığma komandası ilə bənzərliyinin olmadığını açıqlayıb:
"Bu komandanın Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar. Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq".
Qeyd edək ki, Lüksemburq - Portuqaliya matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.