"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində Farer adaları yığmasına qarşı çıxış edib.

Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 Moldovalılar artıq 9-cu dəqiqədə hesabı açsa da, Namaşkonun 83-cü dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Qeyd edək ki, bu, "Neftçi"nin italiyalı sabiq baş məşqçisi Roberto Bordinin Moldova yığmasının çalışdırıcısı kimi debütü olub.