Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin "TOP-10"nu açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "İnter", "Milan", "Liverpul", "Borussiya" kimi klubların yer almadığı siyahıda İspaniya təmsilçiləri hegemonluq edir. Belə ki, ilk 5 komandadan 3-ü bu ölkəni təmsil edir. İlk pillədə 2877 xalla "Barselona"sı qərarlaşıb. ikinci sırada 2782 xalla "Real Madrid" yer alıbsa, üçüncü 2594,5 xalla "Bavariya"dır.

Növbəti sıralarda PSJ (2354), "Atletiko" (Madrid) (2302), "Yuventus" (2272) yer alıb.

Hər nə qədər maraqlı görünsə də, son "dördlüy"ü İngiltərə klubları qapayır: "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xala sahib "Arsenal" 10-cudur.