Fransa Peşəkar Futbol Liqası COVİD-19 pandemiyasına görə ölkədə çıxış edən bir sıra legioner futbolçulara məhdudiyyətlər tətbiq edib.
Offsideplus.az xəbər verir ki, yeni qərara əsasən Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçuları öz yığmasına buraxılmayacaq.
Bu təqdirdə "Lill" klubunun türkiyəli futbolçuları - Yusuf Yazıcı, Burak Yılmaz və Zeki Çelik, həmçinin Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün ölkələrinə gedə bilməyəcəklər.
Qeyd edək ki, T"ay-ulduzlular" DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Niderland, 30-da isə Latviya yığmasını qəbul edəcək.