Rusiyanın aparıcı futbol saytları "Neftçi"dən yazır. 

Offsideplus.az xəbər verir ki, vaxtilə Moskva ÇSKA-sında ən sevilən oyunçulardan olan Keysuke Hondanın karyerasını Azərbaycanda davam etdirməyi qərara alması rusiyalı həmkarlarımızı bu haqda xəbər verməyə məcbur edib. Bu gün "sport-express.ru", "sports.ru", "sovsport.ru" kimi tanınmış saytları Keysukenin Bakıya səfər etdiyini, tibbi müayinədən keçdiyini və yaxın saatlarda "Neftçi" ilə müqavilə bağlayacağını yazıb.

Qeyd edək ki, Honda 2010-2013-cü illər aralığında ÇSKA-nın şərəfini qoruyub.