"Neftçi"nin sabiq futbolçusu Saman Nərimancahan karyerasını İranda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi  "Traktor" klubu ilə razılığa gəlib. Cənubi Azərbaycan təmsilçisi  müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, dünən "ağ-qaralar"a müqaviləsinə xitam verən Saman Nərimancahan 2020-ci ilin yanvarında "Neftçi"yə transfer olmuşdu.