Gürcüstan çempionatında yeni mövsümə start verilib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz İbrahim Qədirzadənin şərəfini qoruduğu “Samtrediya” da növbəti oyununa çıxıb.
Komanda səfərdə “Telavi” ilə qarşılaşıb. Azərbaycanlı müdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
İbrahim Qədirzadə də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə oyuna daxil olub.
Bu matç Qədirzadənin yeni klubunda debütü ilə yadda qalıb.