"İnter Mayami" klubunun sahibi Devid Bekhem Kriştiano Ronaldo və Lionel Messini öz klubunda görməyi arzulayır.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı sabiq futbolçu özü açıqlama verib.
"İnter Mayami" azarkeşlərinin klubda böyük oyunçular görmək istədiyini bilirəm. Düzdür, komandamızda Qonzalo İquain və Bleys Matuidi kimi ulduz oyunçular var. Lakin gələcəkdə dünya ulduzlarını da dəvət etmək istəyirik. Məsələn, Messi və Ronaldo. Onlar həmişə öz oyunlarının ən yaxşısı olublar və son 15 ilin ən yaxşılarıdır".