Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təmsilçiləri arasında UEFA-nın klub yarışlarında ən çox oyun keçirmiş futbolçuların siyahısı məlum olub.
Offsideplus.az xəbər verir ki, sözügedən siyahıda "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye də var.
Bu ay "köhlən atlar"ı Kiprin "Apollon" klubuna dəyişən haitili yarımmüdafiəçi avrokubokublarda ümumilikdə 33 dəfə meydana çıxıb.
32 yaşlı oyunçu bu göstərici ilə 9-cu pillədə qərarlaşıb
Qeyd edək ki, Donald Gerye Azərbaycanda "Qarabağ"la yanaşı, "Neftçi"nin də şərəfini qoruyub.