Matç zamanı beyin silkələnməsi keçirən futbolçunun yerinə, əvəzetmə sayından asılı olmayaraq, yeni oyunçu daxil ola biləcək.

Offsideplus.az xəbər verir ki, bununla bağlı qərar Avropanın ali futbol qurumunun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib.

Sözügedən qərar sınaq məqsədi ilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq ediləcək.