Futbol üzrə Türkiyə birinci divizionunda 22-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin şərəfini qoruduğu "Boluspor" "Tuzlasspor"la qarşılaşıb. Abdullayevin komandası görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.

Araz oyunun 86-cı dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" 22 xalla 14-cü yerdədir.