FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hakim Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” - AEL Larissa qarşılaşmasında ədaləti qoruyacaq.

Ə. Ağayev ertəsi gün keçiriləcək “Volos” - “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.