Polşanın "Rakuv" klubu "Qarabağ"ın hücumçusu Mahir Emrelini transfer etmək fikrindən daşınmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən komandanın baş məşqçisi Marek Papşun "TVP SPORT"a müsahibəsində məlumat verib.
47 yaşlı mütəxəssis yığmamızın üzvünün transfer məsələsinin hələ də aktual olduğunu bildirib:
"Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".
Qeyd edək ki, Mahir Emreli ilə Polşanın "Zaqlembe", Avstriyanın "Şturm" klubları da yaxından maraqlanırdı.
Əlavə edək ki, 24 yaşlı hücumçunun "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.