İspaniya 2-ci liqasının 25-ci turunda "Albesete" “Leqanes”lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” 25 oyuna topladığı 24 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.