"Qarabağ"ın sabiq futbolçusu Vild-Donad Gerye rəsmən Kipr klubu "Apollon"a transfer olub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin detalları hələ açıqlanmayıb.  Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib. 31 yaşlı yarımmüdafiəçi yeni klubunda "96" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, ötən ilin yayından  "Qarabağ"da çıxış edən Gerye ilə müqavilən qarşılıqlı razılaşma yolu ilə yanvarın 31-i ləğv edilib.