Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) KONKAKAF zonası üzrə son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, birinci yerə Kosta-Rika yığmasının və Fransanın PSJ klubunun qapıçısı Keylor Navas layiq görülüb.

Meksika millisinin və ABŞ-ın “Los Anceles Qalaksi” klubunun hücumçusu Xavyer Ernandes ikinci olub. ABŞ millisinin və "Fulhem" klubunun sabiq hücumçusu  Klint Dempsi isə üçüncü yeri tutub.