İspaniyalı baş məşqçi Rafael Benites Çin klubu "Dalyan Lifan"la vidalaşacaq.
Offsideplus.az The Athletic-ə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Çin təmsilçisi ilə yollarını ayrımağı düşünr. Buna səbəb koronavirusun Uzaq Şərqdə yayılması ilə bağlı hazırkı vəziyyətdir.
İspaniyalı baş məşqçi ailəsinə yaxın olmaq üçün bu qərarı verib. Hazırda klub rəhbərliyi ilə danışıqlar aparan Benites komandaya yeni baş məşqçi tapmaqda köməklik göstərir.
Qeyd edək ki, Rafael Benites İngiltərədə "Liverpul", "Çelsi", İspaniyada isə "Real Madrid" kimi komandaların baş məşqçisi olub.