Devid Bekhemin yarı-sahibi olduğu MSL klubu "İnter Mayami" yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə qadın millisinin keçmiş məşqçisi Fil Nevill "İnter Mayami"nin yeni çalışdırıcısı olacaq. 43 yaşlı mütəxəssis bir müddət öncə tutduğu vəzifədən istefa vermişdi. 

Qeyd edək ki, Fil Nevill və Devid Bekhem "Mançester Yunayted" və İngiltərə millisində komanda yoldaşı olublar.