Argentinada ilk dəfə Dieqo Maradona Kuboku keçirilib.
Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçunun şərəfinə təşkil olunan final matçında "Boka Xuniyors" klubu "Banfild"ə qalib gəlib.
Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:3) "Boka Xuniors" kuboka sahib çıxıb.
Qeyd edək ki, turnirin daha əvvəl Liqa kuboku adlandırılacağı bildirilsə də, Maradonanın ölümündən sonra ona veteran hücumçunun adı verilib.