Futzal üzrə Azərbaycan çempionatı, Regional və aşağı yaş qruplarından ibarət liqalardakı 7 oyunda hakimlər təhqir olunub.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi belə hallara qarşı cəza tədbirləri görüb.
U-14 Liqasında çıxış edən “Neftçi” İK İB klubunun məşqçisi Fəxrəddin Mürvətovu 10 oyunluq cəzalandırıb. Səbəb onun Astaranın UGİM komandası ilə matçın 59-cu dəqiqəsində hakimə kəskin etiraz, təhqirlər ünvanlaması və fiziki təzyiq göstərməsidir.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində “Hövsan”la matçının 46-ci dəqiqəsində “Avanqard”ın məşqçisi Vahid Həşimov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
Regional Liqada “Şəki” ilə oyundan sonra "Şirvan"ın futbolçusu Şahin Cəfərov, Gənclər Liqasında "Səbail"lə görüşün 86-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Seymur Həmidov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-12 Liqasında “Vətən”lə matçda “Səbail”in məşqçisi Fərid Namazov, “Leon”la görüşdə isə “Vətən”in məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-13 Liqasında “Səbail”lə görüşdən sonra “Vətən”in futbolçusu Fəxri Məmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.