Portuqaliyanın "Alverka" komandasının futbolçusu Aleks Apolinario dünyasını dəyişib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu gün xəstəxanada  ürəktutmasından keçinib. 

Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də III liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.

25 yaşlı yarımmüdafiəçi infarktdan öldü