Portuqaliya klubu "Braqa"nın B komandasında çıxış edən Dioqo Kazimiro karyerasına son verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçidə onkoloji xəstəlik aşkarlandığından o, futbolla məşğuliyyətinə məcburi fasilə verməli olub.
Klub tərəfindən verilən açıqlamada, portuqaliyalı futbolçuya xərçəng xəstəliyinə qalib gəlməsi üçün dəstəyini əsirgəməyəcəkləri bildirilib.