Kiprin "Anortosis” klubu dünən Araz Abdullayevin ad gününü qeyd edib.

Offsideplus.az xəbər verir ki, aprelin 18-də 26 yaşı tamam olan millimizin üzvünün şərəfinə məşqdən öncə tort kəsilib.

A.Abdullayev komanda yoldaşlarına təşəkkür edib: "Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboka vəsiqə qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, A.Abdullayevin mövsümün sonu müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qayıdacağı iddia olunur.