Latviyada 2020 mövsümünün çempionu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki,  XXII turda ikinci pillədəki RFS-in “Liepaya” səfərində məğlubiyyətə düçar olması ilə “Riqa” rəqibi üçün əlçatmaz olub. Bu komandalar arasında sona 2 tur qalmış 9 xallıq fərq yaranıb. 

Qeyd edək ki, ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirən “Riqa” 2015-ci ildə yaradılıb.