Bu ilin dekabrında baş tutmalı olan klublararası dünya çempionatının keçirilməsi təxirə salınıb.
Offsideplus.az FİFA-nın rəsmi saytına istinədn xəbər verir ki, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyaların Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməməsidir.
FİFA turniri gələn ilin fevral ayına qədər təxirə salıb. Belə ki, yarışın fevralın 1-dən 11-dək keçirilməsi planlaşdırılır.