"Boka Xuniors"ın futbolçusu Karlos Teves Argentina çempionatında rekord müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu "Talyeres"lə matçın 3-cü saniyəsində rəqib oyunçunun ayağına zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
O, ölkə çempionatı tarixinə ən tez xəbərdarlıq alan oyunçu kimi düşüb.
Qeyd edək ki, qarşılaşma "Boka Xuniors"un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.