ABŞ-ın USL çempionatında pley-off məhələsinin 1/4 final qarşılaşmaları baş tutub.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubu "Reno" ilə qarşılaşıb. 2:2 hesablı bərabərliklə bitən matçda qalibi penaltilər seriyası müəyyənləşdirib - 5:4. Meydana start heyətdə çıxan Dadaşov 5-ci penaltini dəqiq yerinə yetirib.

Həmin görüntüləri təqdim edirik: