Ukraynanın İspaniyanı məğlub etməsi futbol ictimaiyyətini dilə gətirib.

İndi hamı Andrey Şevçenkodan, onun formalaşdırdığı komandadan və parlaq oyun sərgiləyən futbolçulardan danışır.

Offsideplus.az xəbər verir ki, vaxtilə Ukrayna millisinin, eləcə də ayrı-ayrı vaxtlarda Kiyev "Dinamo"sunun baş məşqçisi olmuş Yozef Sabo da məlum mövzuyla bağlı fikirlərini bildirib. 1927kiev.ua-ya danışan 80 yaşlı mütəxəssis qapıçı Georgi Buşanla bağlı ilginc açıqlamayla diqqət çəkib: "Düzdür, Tsıqankov qol vurdu. Həmin epizoda görə De Xeaya "2" düşür. Qapıçı nə etmək istəyirdi? Hara çıxırdı? De Xea Buşandan zəifdir. Gerorgi üstün olduğunu oyunu ilə göstərdi".