"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov "facebook" hesabında bu gün ölüm xəbəri yayılan veteran futbolçu Arzu Mirzəyevlə paylaşım edib.

Offsideplus.az xəbər verir ki, o, mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüb. 

Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, "ağ-qaralar"ın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.

Paylaşımı olduğu kimi sizə təqdim edirik: