Şotlandiya Futbol Federasiyası karantin şərtərini pozan Boli Bolinqoliyə cəza verib.
Offsideplus.az xəbər verir ki, Şotlandiya Premyer Liqası klubu "Seltik"in oyunçusu Boli Bolinqoli karantini pozduğuna görə 3 matçdan kənarlaşdırılıb.
Şotlandiya Futbol Federasiyası verdiyi açıqlamada bildirib ki, 25 yaşlı oyunçu klubuna xəbər vermədən İspaniyaya gedib və səyahətdən döndükdən sonra karantinə girmədən liqa matçında çıxış edib.