Futbol üzrə Çexiya kubokunda 2020/21 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, gənclərdən ibarət yığmamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) kubokun ilk oyununda səfərdə “Union Beroun”la qarşılaşıb və görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb

Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan 21 yaşlı yarımmüdafiəçi 18-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.