Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Offsideplus.az -ın əldə etdiyi xəbərə görə, əyalət təmsilçisi iranlı Səba Səlimi ilə anlaşıb. Bu barədə məlumatı klubun təsisçisi Elgün Hüseynov verib.

22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı bildirilir. 

Təbrizdə anadan olan və əslən azərbaycanlı olan 22 yaşlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.

Futbolçunun son klubu isə İraqın "Əl-Qatan" komandası olub. Səlimi bununla yanaşı İranın müxtəlif yaş qruplarından ibarət milli komandalarında da top qovub.

O, 2018-ci ildən sözügedən ölkənin əsas yığmasının şərəfini qoruyur.