Fasilədən sonra mayın 23-də bərpa olunmuş Çexiya çempionatının tam yekunlaşdırılmasına qərar verilib. 

Offsideplus.az xəbər verir ki, Çexiya Futbol Liqasının qərarına səbəb koronavirusa yeni yoluxma halı olub.

Yüksək liqada qalmaq uğrunda mübarizə aparan "Opava"nın oyunçusunun xəstələnməsi bütün komandanı karantinə çəkilməyə məcbur edib. Belə bir şəraitdə çempionatın davam etdirilməsi qeyri-mümkün sayılıb. 

Qeyd edək ki, çempion adını "Slaviya" qazanıb. Avropa Liqasında "Viktoriya", "Sparta", "Yablonets" və "Slovan" çıxış edəcək. Aşağı liqaya isə heç bir klub enməyəcək.