"Neftçi"nin sabiq futbolçusu Dario Frederiko karyerasını Latviyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu "Riqa" ilə müqavilə imzalayıb. Dario yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Frederiko ölkəmizdə müxtəlif illərdə iki dəfə "Kəpəz"də (2015-2017, 2018), iki dəfə "Neftçi"də (2018, 2019-20) çıxış edib.