Almaniya yığmasının keçmiş üzvü Andre Şürrle karyerası ilə bağlı gözlənilməz qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, Almaniya millisində 57 oyuna 22 qol vuran Şürrle “Maynts”, “Bayer”, “Çelsi”, “Volfsburq”, “Fulhem” və “Spartak”da (Moskva) forma geyinib.