Portuqaliya çempionatında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 32-ci turda doğma meydanda "Sportinq"ə 2:0 hesabı ilə qalib gələn "Portu" turnirin bitməsinə 2 həftə qalmış ən yaxın izləyicisi "Benfika" ilə xal fərqini 8-ə yüksəldərək çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, bu "Portu" 29-cu ölkə çempionluğudur.