Futbol üzrə Çexiya 2-ci divizionunda 26-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” öz meydanında "Prosteyov"la qarşılaşıb. Görüş qolsuz başa çatıb.

Fəird matçın 46-cı dəqiqəsində meydana çıxıb. O, bu görüşdə fərqlənə bilməyib.

Qeyd edək ki, “Viktoriya” hazırda 46 xalla  4-cü pillədə qərarlaşıb.