Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, yığmamızın futbolçusu Dmitri Nazarovun çıxış etidiyi "Erzgebirge" öz meydanında "Karlsrue" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Sabiq komandasına qarşı görüşün start heyətində meydana çıxan Nazarov 90-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Erzgebirge" 41 xalla 7-ci pillədə qərarlaşıb.