"Breşia” klubu hücumçusu Mario Balotelli ilə müqaviləni ləğv etmək istəyir.
Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu bu gün klub bazasına gəlib.
Hücumçu digər oyunçulardan fərqli olaraq məşqlərə 10 gün gec qoşulub. 29 yaşlı hücumçu səbəb olaraq mədəsində ağrılar olduğunu bildirib.
Əsas məqam isə onun bunları məşqçilərə əvvəlcədən deməməsi olub. Baş məşqçi oyunçu ilə qısa söhbətin ardından onu evə göndərib.
Rəhbərliyin Balotelli ilə müqaviləni ləğv etmək qərarına gəldiyi qeyd edilir.