"Marsel" klubunun baş məşqçisi Andre Villaş-Boaş komandasının yeni müqavilə təklifini geri çevirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini yeniləmək istəməyib. Nəşr onun bu yay klubdan ayrıla biləcəyini yazıb.
Qeyd edək ki, Villaş- Boaş ötən ildən Fransa təmsilçisini çalışdırır.