Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsi elan edib.

Offsideplus.az xəbər verir ki, müsabiqəyə yalnız AİJF üzvləri qatıla bilərlər.

Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;

Yazılar 15 may – 15 iyun aralığında heç bir yerdə dərc olunmadan azesportsmedia@gmail.com e-mailinə göndərilməlidir:

Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. Qaliblərin adları 2020-ci il iyulun 2-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 25-dən iyulun 1-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

Yazılara dair tələblər:


- Times New Roman şriftində (12) yazılmalı, 7-11 min arası işarədən artıq olmamalıdır;
- orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;
- Azərbaycan dilində olmalıdır;
- jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- VÖEN-in surəti.

Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:
1-ci yer – 500 manat
2-ci yer – 300 manat
3-cü yer – 200 manat